Bank Of Baku

Gürcüstanın Rusiya ilə müharibədə nə qədər insan itkisinə məruz qaldığı açıqlanıb

Gürcüstanın Rusiya ilə müharibədə nə qədər insan itkisinə məruz qaldığı açıqlanıb
# 15 sentyabr 2008 14:48 (UTC +04:00)
Tiflis – APA. Gürcüstanın müdafiə, daxili işlər və səhiyyə nazirliklərinin nümayəndələri keçirdikləri birgə mətbuat konfransında ölkənin Rusiya ilə münaqişə zamanı məruz qaldığı insan itkiləri haqda yeni rəqəmlər açıqlayıblar. APA-nın “Novosti-Qruziya” agentliyinə istinadən yaydığı məlumata görə, müdafiə nazirinin müavini Bato Kuteliya böyük itkilər verdiklərini bildirib: “168 hərbi qulluqçu həlak olub. Onlardan 154-nün meyiti münaqişə zonasından çıxarılıb. Ölənlərdən 110 nəfərin şəxsiyyəti müəyyənləşdirilib”.

Daxili işlər nazirinin müavini Yekaterina Zuqladze isə 14 əməkdaşlarını itirdiklərini, onlardan 2-nin itkin düşmüş sayıldığını deyib: “Bu, həm bizim idarəmiz, həm də onların valideynləri üçün böyük faciədir”. Y. Zuqladze sentyabr ayında daha 2 DİN əməkdaşının həlak olduğunu xatırladıb.

Səhiyyə naziri Aleksandr Kvitaşvili ölən dinc sakinlərin sayının 188 nəfər olduğunu açıqlayıb. O, həmin insanların böyük əksəriyyətinin bombardmanlar nəticəsində həlak olduğunu, bir hissəsinin isə aviahücumlar zamanı ürək tutmasından keçindiyini deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR