Bank Of Baku

Texniki komissiya Permdəki təyyarə qəzasının pilotların səhvi ucbatından baş verdiyini açıqlayıb

Texniki komissiya Permdəki təyyarə qəzasının pilotların səhvi ucbatından baş verdiyini açıqlayıb
# 24 sentyabr 2008 07:24 (UTC +04:00)
Moskva-APA. Perm səmasında “Boeing 737-500” təyyarəsinin qəzaya uğramasının səbəblərini araşdıran texniki komissiyanın ekspertləri ilkin versiyanı açıqlayıblar. APA-nın “Kommersant”a istinadən yaydığı məlumata görə, ekspertlər qəzanın mühərriklərdən birinin nasazlığı səbəbindən baş verməsin versiyasını rədd ediblər. Onlar həmçinin bildiriblər ki, laynerin sürətinin avtomatik tənzimlənməsi sistemindəki nasazlıq qəzaya səbəb ola bilməzdi. Hazırda texniki komissiya qəzanın pilotların səhvi ucbatından baş verdiyi ehtimalını daha ağlabatan hesab edirlər. Bəzi ekspertlər bildiriblər ki, təyyarə ekstremal situasiyada olarkən eniş əvəzinə pilotların səhvi ucbatından yenidən havaya qalxıb. Dispetçer məntəqəsi ilə pilotlar arasında danışıqların mətni göstərir ki, pilotlar təyyarənin eniş əvəzinə yenidən havaya qalxmasından yalnız dispetçerin sözlərindən sonra xəbər tutublar. “Kommersant”ın yazdığına görə, pilotların “Boeing 737-500” təyyarəsində uçuş təcrübələri çox az olub, onların əsasən “Tu-134” və “An-24” təyyarələri sürüblər. Qeyd edək ki, sentyabrın 14-də Moskva-Perm reysini həyata keçirən təyyarənin qəzaya uğraması nəticəsində 88 nəfər həlak olub. Həlak olanların arasında 12 soydaşımız da olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR