Bank Of Baku

Samarada islah-əmək koloniyasında baş verən iğtişaşlar zamanı 29 məhbus yaralanıb

Samarada islah-əmək koloniyasında baş verən iğtişaşlar zamanı 29 məhbus yaralanıb
# 24 sentyabr 2008 08:18 (UTC +04:00)
Samara-APA. Samara islah-əmək koloniyasında baş verən toqquşmalar nəticəsində 29 nəfər xəsarət alıb. APA-nın məlumatına görə, yaralılardan beşinin vəziyyəti ağırdır. Yaralılardan biri Samara şəhər xəstəxanasının yanıq şöbəsinə, digər iki yaralı isə xüsusi tibb müəssisələrində həkim nəzarəti altındadır. Qeyd edək ki, dünən axşam radələrində koloniyada məhbuslar arasında dava düşüb. Koloniya rəhbərliyi toqquşma zamanı yaralananların hamısının kriminal ənənələrə tabe olmaq istəməyən və avtoritetlərlə mübahisə edən məhbuslar olduğunu bildirib. Toqquşma zamanı məhbuslar koloniyanın ərazisindəki istifadəyə yararsız binaya od vurublar. Faktla bağlı kütləvi iğtişaşa törətmək və cəmiyyətdən təcrid etmə müəssisələrinin fəaliyyətini pozmaq maddələri ilə cinayət işi başlanıb. Qeyd edək ki, Samara islah-əmək koloniyasında əsasən narkotik maddələrlə bağlı cinayətlərə görə məhkum olunmuş 2 min nəfərə yaxın məhbus cəza çəkir. Koloniyada saxlanan məhbusların 30 faizi 15 ildən yuxarı azadlıqdan məhrum etmə cəzası alanlardır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR