Bank Of Baku

Rusiya Dövlət Dumasının keçmiş deputatı Ruslan Yamadayev öldürülüb

Rusiya Dövlət Dumasının keçmiş deputatı Ruslan Yamadayev öldürülüb
# 25 sentyabr 2008 07:46 (UTC +04:00)
APA-nın Rusiya saytlarına istinadən verdiyi məlumata görə, R. Yamadayevin idarə etdiyi “Mercedes S 600” markalı avtomobil Moskva vaxtı ilə saat 17.15-də Smolensk küçəsində atəşə tutulub. Belə ki, R. Yamadayevin avtomobili yol ayrıcında dayanarkən üzünü tənziflə örtmüş qatil ona yaxınlaşıb və zirehli maşının sürücü tərəfdəki pəncərəsindən “Kedr” tipli tapança-pulemyotdan atəş açmağa başlayıb. Güllə darağını tam boşaltdıqdan sonra killer “Audi-80” markalı avtomobillə hadisə yerindən uzaqlaşıb. Bəzi şahidlər isə atəş açanların iki nəfər olduğunu bildirirlər. Hüquq-mühafizə orqanlarını əməkdaşları olay yerində onlarla giliz aşkarlayıblar. Avtomobildə olan Çeçenistanın keçmiş hərbi komendantı, general-polkovnik Sergey Kizyun ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Faktla bağlı cinayət işi açılıb, təhqiqat aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR