Bank Of Baku

Tomas Hammarberq sentyabrın 25-28-də Gürcüstanın münaqişə zonalarına səfər edəcək

Tomas Hammarberq sentyabrın 25-28-də Gürcüstanın münaqişə zonalarına səfər edəcək
# 25 sentyabr 2008 13:49 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Avropa Şurasının İnsan Hüquqları üzrə komissarı Tomas Hammarberq sentyabrın 25-28-də Cənubi Osetiya münaqişəsindən zərər çəkmiş ərazilərə təkrar səfər edəcək. Bu barədə APA-ya Avropa Şurasının Azərbaycandakı ofisindən məlumat verilib. Səfərin məqsədi 22-29 avqust tarixlərində bölgəyə etdiyim səfərdən sonra hazırladığım hesabatda insan hüquqları və humanitar təhlükəsizlik məsələlərinin təcili olaraq qorunmasına dair təklif etdiyim altı prinsipin icrasını dəyərləndirməkdir. Səfər zamanı komissar məcburi köçkünlərlə görüşəcək və hökumət nümayəndələri, məsul şəxslər ilə görüşəcək. Tomas Hammarberq Avropa Şurası Parlament Assambleyasının Strasburqda keçiriləcək növbəti sessiyası zamanı səfərlə bağlı şifahi hesabatla çıxış edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR