Bank Of Baku

Aleksandr Lukaşenko Abxaziya və Cənubi Osetiya başçılarının xahişini rədd edib

Aleksandr Lukaşenko Abxaziya və Cənubi Osetiya başçılarının xahişini rədd edib
# 26 sentyabr 2008 09:22 (UTC +04:00)
Minsk – APA. Gürcüstanın separatçı əraziləri - Abxaziya və Cənubi Osetiyanın başçıları Belarus prezidenti Aleksandr Lukaşenkoya müraciət ediblər. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, abxaz separatçılarının lideri Sergey Baqapş və Cənubi Osetiya separatçılarının lideri Eduard Kokoytı Aleksandr Lukaşenkodan onları tanımasını xahiş etsələr də, istəklərinə nail ola bilməyiblər. Belə ki, A. Lukaşenko onların xahişini nəzakətlə rədd edib. Belarus prezidentinin mətbuat xidmətindən məsələ ilə bağlı aşağıdakı açıqlama verilib: “Abxaziya və Cənubi Osetiya rəhbərlərinə Belarus tərəfinin mövqeyi ifadə edilmiş cavab göndərilib”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR