Bank Of Baku

Bişkek sammitinin qərarı ilə gürcü-abxaz münaqişə zonasında MDB kollektiv qüvvələrin fəaliyyəti dayandırılıb

Bişkek sammitinin qərarı ilə gürcü-abxaz münaqişə zonasında MDB kollektiv qüvvələrin fəaliyyəti dayandırılıb
# 10 oktyabr 2008 09:46 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Müstəqil Dövlətlər Birliyinin (MDB) Bişkek sammiti başa çatıb. APA-nın məlumatına görə, sammitin yekun qərarına əsasən, gürcü-abxaz münaqişə zonasında sülhün qorunması üzrə MDB kollektiv qüvvələrin fəaliyyəti dayandırılıb. Bu qərar Rusiyanın təşəbbüsü ilə gündəliyə daxil edilib və qəbul olunub. Dövlət başçıları həmçinin MDB məkanında 2009-cu ildə əməkdaşlığın əsas sahəsi olaraq enerji sahəsini müəyyən ediblər. Bundan başqa 2020-ci ilə kimi MDB-nin İqtisadi İnkişaf Strategiyası layihəsinin yenidən işlənməsi barədə qərar qəbul olunub. Sammitin qərarı ilə dünyada gedən maliyyə böhranının MDB ölkələrinə neqativ nəticələrinin qarşısını almaq yollarını müəyyənləşdirmək üçün işçi qrup yaradılıb. Bu qrupun maliyyə nazirləri səviyyəsində ilk iclası yaxın 10 gündə Moskvada keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR