Bank Of Baku

MDB ölkələrinin müdafiə nazirləri Sankt-Peterburqda 20-yə yaxın məsələ müzakirə edəcəklər

MDB ölkələrinin müdafiə nazirləri Sankt-Peterburqda 20-yə yaxın məsələ müzakirə edəcəklər
# 13 oktyabr 2008 09:32 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Oktyabrın 15-də Rusiyanın Sankt-Peterburq şəhərində Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin Müdafiə Nazirləri Şurasının 55-ci iclası keçiriləcək. APA-nın məlumatına görə, gündəliyə əməkdaşlığın müxtəlif sahələrini əhatə edən 20-yə yaxın məsələ salınıb. Toplantıda əsas diqqət MDB ölkələrinin raket hücumundan müdafiə üzrə birləşmiş sisteminin təkmilləşdirilməsinə yönələcək, bu sistemin regional komanda punktları barədə əsasnamə, birgə tədbirlərin keçirilməsi, strukturun və qoşun qruplaşmalarının hərbi tərkibinin optimallaşdırılması məsələləri müzakirəyə çıxarılacaq. Şuranın iclasında Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti də iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR