Bank Of Baku

Ukraynada prezidentin fərmanının icrasını dayandıran məhkəmə ləğv edilib

Ukraynada prezidentin fərmanının icrasını dayandıran məhkəmə ləğv edilib
# 14 oktyabr 2008 08:25 (UTC +04:00)
Kiyev – APA. Ukrayna prezidenti Viktor Yuşşenko Kiyev İnzibati Dairə Məhkəməsini ləğv edib. APA-nın “UNİAN”a istinadən verdiyi məlumata görə, prezidentin başqa bir fərmanı ilə 37 hakimdən ibarət Kiyev Mərkəzi İnzibati Dairə Məhkəməsi və 22 hakimdən ibarət Levoberejnı İnzibati Dairə Məhkəməsi yaradılıb. Məhkəmə sistemindəki bu dəyişikliklə bağlı təqdimat Ədliyyə Nazirliyindən gəlib. Bu nazirliyə hazırda V. Yuşşenkoya yaxın olan Nokilay Onişşenko başçılıq edir. N. Onişşenko bildirib ki, Konstitusiyaya əsasən prezident məhkəmələri ləğv etmək, yenidən təşkil etmək və yeni məhkəmə orqanları yaratmaq hüququna malikdir.
Xatırladaq ki, oktyabrın 10-da Kiyev İnzibati Dairə Məhkəməsi “Yuliya Timoşenko” blokunun iddiası əsasında parlamentin buraxılmasına dair prezident fərmanının icrasını dayandırmışdı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR