Bank Of Baku

Yuliya Timoşenko: “Prezident Yuşşenkonun istənilən şərtini yerinə yetirməyə hazıram”

Yuliya Timoşenko: “Prezident Yuşşenkonun istənilən şərtini yerinə yetirməyə hazıram”
# 16 oktyabr 2008 15:21 (UTC +04:00)
Kiyev – APA. Ukraynanın baş naziri Yuliya Timoşenko növbədənkənar seçkilərin keçirilməsinə dair fərmanın ləğvi və dünya maliyyə böhranı ilə əlaqədar sabitləşdirici tədbirlərin görülməsi üçün prezident Viktor Yuşşenkonun istənilən şərtini qəbul etməyə hazır olduğunu bildirib. APA-nın “UNİAN”a istinadən verdiyi məlumata görə, Y. Timoşenko bu sözləri keçirdiyi mətbuat konfransında bildirib. Baş nazir dövlət başçısına müraciətlə deyib: “Mən prezidentə müraciət edərək sabitlik, birlik, maliyyə böhranının aradan qaldırılması və Ukrayna naminə, eyni zamanda demokratik koalisiyanın bərpası və Ali Radanın buraxılmaması üçün onun istənilən şərtini qəbul etməyə hazır olduğumu bildirirəm. İndi söz sırası Ukrayna prezidentindədir”. Y. Timoşenko oktyabrın 13-də V. Yuşşenko ilə təmasının olduğunu və qarşılıqlı anlayışa nail olacaqlarına ümid bəslədiyini söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR