Bank Of Baku

İnquşetiyada yaraqlılar 15-ə yaxın adamı qaçırıblar

İnquşetiyada yaraqlılar 15-ə yaxın adamı qaçırıblar
# 24 oktyabr 2008 07:33 (UTC +04:00)
Nazran – APA. İnquşetiyada bir qrup silahlı şəxs 15-ə yaxın adamı qaçırıb. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, maskalı yaraqlılar Orcenekidze qəsəbəsindəki oyun zalına daxil olaraq içəridəkiləri zorla naməlum istiqamətə aparıblar. Salonun qarşısındakı 5 avtomobil də oğurlanıb. Yaraqlılar hadisə yerinə gələn 1 milisin tabel silahını əlindən alıblar. Hazırda silahlı dəstənin yaxalanması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR