Zelenskinin Fransada keçiriləcək G7 sammitində Putinlə görüşmək təklifi rəsmi kanallar vasitəsilə Rusiyaya çatdırılmayıb.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.
Rusiya Prezidentinin mətbuat katibi bir daha diqqətə çatdırıb ki, əgər Zelenski ciddi danışmağa hazırdırsa, o, hər zaman Moskvaya gələ bilər.
“Əlbəttə ki, belə bir təklif olmayıb. Bildiyiniz kimi, Moskva ilə Kiyev arasında rəsmi kanallar yoxdur. Putin Zelenskiyə hər şeyi deyib, hər şeyi təklif edib və bir neçə dəfə təkrarlayıb. Əgər Zelenski məsuliyyətlə və ciddi şəkildə danışmağa hazırdırsa və Ukraynaya yaxşı məlumdur ki, o, həmişə Moskvaya gələ bilər”, - Peskov vurğulayıb.