Bank Of Baku

Viktor Yuşşenko Türkiyəyə rəsmi səfərə gedib

Viktor Yuşşenko Türkiyəyə rəsmi səfərə gedib
# 27 oktyabr 2008 09:57 (UTC +04:00)
Kiyev – APA. Ukrayna prezidenti Viktor Yuşşenko Türkiyəyə iki günlük rəsmi səfərə yola düşüb. APA-nın Ukrayna prezidentinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, V. Yuşşenko Ankarada Atatürkün mavzoleyinə əklil qoyacaq, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan və Böyük Millət Məclisinin sədri Köksal Toptanla görüşəcək. Rəsmi danışıqlardan sonra o, İstanbula gedəcək və iş adamları ilə bir araya gələcək. V. Yuşşenko İstanbulda patriarx I Varfolomeylə də görüşəcək.
V. Yuşşenkonu səfərdə Milli Müdafiə və Təhlükəsizlik Şurasının katibi Raisa Boqatıryova, xarici işlər naziri Vladimir Oqrızko, yanacaq və energetika naziri Yuri Prodan, prezident katibliyi rəhbərini müavini Andrey Qonçaruk müşayiət edirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR