Bank Of Baku

Beynəlxalq Valyuta Fondu Ukraynaya 16,5 milyard dollar kredit ayıracaq

Beynəlxalq Valyuta Fondu Ukraynaya 16,5 milyard dollar kredit ayıracaq
# 27 oktyabr 2008 10:53 (UTC +04:00)
Kiyev – APA. Beynəlxalq Valyuta Fondu (İMF) Ukraynaya 16,5 milyard dollar həcmində kredit ayıracaq. APA-nın AFP-yə istinadən verdiyi məlumata görə, bunu fondun rəhbəri Dominik Stross-Kan açıqlayıb. O bildirib ki, bu vəsait dünya maliyyə böhranı və metalın qiymətinin azaldığı bir dövrdə Ukraynada iqtisadi sabitliyi dəstəkləmək məqsədilə ayrılacaq: “Proqram Ukraynada iqtisadi sabitliyi bərpa etməyə yönəlib. Ukrayna rəhbərliyi ödəmə balansını düzəltmək, inflyasiyanı aşağı salmaq və ölkənin xarici iqtisadi faktorlardan asılılığını azaltmaq niyyətindədir”.
Qeyd edək ki, kredit razılaşması Beynəlxalq Valyuta Fondunun Direktorlar Şurası tərəfindən təsdiqləndikdən və ölkənin bank qanunvericiliyinə dəyişiklik edildikdən sonra 16,5 milyard dollarlıq vəsait Ukraynaya veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR