Bank Of Baku

AŞ PA prezidenti Gürcüstana səfər edəcək

AŞ PA prezidenti Gürcüstana səfər edəcək
# 27 oktyabr 2008 12:50 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti Luis Maria de Puçun rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 30-da Gürcüstana səfər edəcək. APA-nın AŞ-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, səfərin məqsədi oktyabrın 2-də AŞ PA-da qəbul olunmuş “Gürcüstan və Rusiya arasında müharibənin nəticələri” adlı qətnamənin icrası ilə tanış olmaqdır.

AŞ PA parlamentarilərinin daxil olduğu nümayəndə heyəti Gürcüstan parlamentinin sədri, baş nazir, xarici və daxili işlər nazirləri, həmçinin Avropa İttifaqı və ATƏT-in Gürcüstandakı müşahidə missiyalarının rəhbərləri ilə görüşəcəklər.

Qətnamənin yerinə yetirilməsi vəziyyətinə dair növbəti addımlar noyabrın 28-də Madriddə müzakirə olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR