Bank Of Baku

Serj Sarkisyan: “Dağlıq Qarabağ münaqişəsinin həllində yeganə vasitəçi ATƏT-in Minsk Qrupudur”

Serj Sarkisyan: “Dağlıq Qarabağ münaqişəsinin həllində yeganə vasitəçi ATƏT-in Minsk Qrupudur”
# 27 oktyabr 2008 13:04 (UTC +04:00)
İrəvan – APA. “Dağlıq Qarabağ münaqişəsinin həllində yeganə vasitəçi ATƏT-in Minsk Qrupudur və başqa vasitəçilər yoxdur”. APA-nın “Novosti-Armeniya” agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri Ermənistan prezidenti Serj Sarkisyan yerli İctimai Televiziyaya müsahibəsində deyib. O, Ermənistanın heç vaxt hansısa başqa ölkəyə vasitəçilik xahişi ilə müraciət etmədiyini, münaqişənin həlli prosesinin Minsk Qrupu çərçivəsində və Madrid prinsipləri əsasında davam etdiyini bildirib: “Abdulla Gülün bəyanatına gəlincə, deməliyəm ki, mən başqa dövlət xadimlərinin sözlərini şərh etməyə meylli deyiləm - xüsusən də bizim mətbuatda kontekstdən çıxarılan fikirlər dərc olunarkən. Bəli, mən əminəm ki, Türkiyə Qarabağ münaqişəsinin həlli prosesinə kömək edə bilər, necə ki, indi edir. Prezident Gülün Ermənistana səfəri və erməni-türk danışıqlarının davam etməsi çətin problemlərin həlli baxımından çox yaxşı nümunədir”.
S. Sarkisyan hesab edir ki, Türkiyə Ermənistanla sərhədləri açarsa və İrəvanla diplomatik əlaqələr yaradarsa, bu, Dağlıq Qarabağ münaqişəsinin həllinə ciddi təsir göstərə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR