Bank Of Baku

İnquşetiya prezidenti vəzifəsinə Yunusbek Yevkurovun namizədliyi irəli sürülüb

İnquşetiya prezidenti vəzifəsinə Yunusbek Yevkurovun namizədliyi irəli sürülüb
# 31 oktyabr 2008 14:00 (UTC +04:00)
Moskva – APA. Rusiya prezidenti Dmitri Medvedev İnquşetiya prezidenti vəzifəsinə Yunusbek Yevkurovun namizədliyini irəli sürüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Y. Yevkurovun namizədliyi İnquşetiya parlamentinin müzakirəsinə təqdim edilib.

Polkovnik Y. Yevkurov Rusiya Qəhrəmanıdır və ikinci Çeçenistan müharibəsinin iştirakçısıdır. O, son vaxtlara qədər Privoljsk-Ural hərbi dairəsinin qərargah rəisinin müavini olub, İnquşetiya prezidenti Murad Zyazikovun istefasından sonra isə prezident səlahiyyətlərinin icraçısı təyin edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR