Bank Of Baku

Gürcüstan müxalifəti bu həftə davamlı etiraz aksiyalarına başlayır

Gürcüstan müxalifəti bu həftə davamlı etiraz aksiyalarına başlayır
# 01 noyabr 2008 10:52 (UTC +04:00)
APA-nın «RİA Novosti» agentliyinə istinadən verdiyi məlumata görə, Gürcüstan Mühafizəkar Partiyasının baş katibi Kaxa Kukava bildirib ki, həmin gün aksiyaların təşkilat komitəsi ölkə prezidenti Mixail Saakaşviliyə öz tələblərini təqdim edəcək. Əsas tələblər isə siyasi dustaqların azad edilməsi və mətbuat azadlığının təşkilindən ibarətdər. Bundan sonra, müxalifət etiraz aksiyalarına başlayacaq, aksiyaların qrafiki isə yaxın vaxtlarda açıqlanacaq.
İlkin olaraq müxalifət qüvvələri Rustaveli prospektində nümayiş keçirməyi planlaşdırır. Parlamentin binası qarşısında başlanacaq yürüş prezidentin Avlabar meydanındakı iqamətgahı qarşısında sona çatacaq. Aksiyaya Mühafizəkar, Xalq, «Yeni sağlar» və Leyborist partiyaları, «Vahid Gürcüstan uğrunda» Hərəkatı qatılacaq.
Xatırladaq ki, 2007-ci il noyabr ayının 7-də Gürcüstan müxalifəti Rustaveli prospektində kütləvi etiraz aksiyası keçirib. Prezidentin istefası tələbi ilə keçirilən aksiya zamanı müxalifətlə xüsusi təyinatlılar və polis arasında toqquşma baş verib, təxminən 600 nəfər xəsarət alıb, 30 nəfər həbs olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR