Bank Of Baku

Xabarovskda naməlum şəxs bağça uşaqlarını girov götürüb

Xabarovskda naməlum şəxs bağça uşaqlarını girov götürüb
# 01 noyabr 2008 11:27 (UTC +04:00)
Bakı – APA. Rusiyanın Xabarovsk şəhərində naməlum şəxs kar və zəif eşidən uşaqlar üçün olan «Verboton» bağçasında tərbiyə alan uşaqları girov götürüb. APA-nın «RİA Novosti» agentliyinə istinadən verdiyi məlumata görə, uşaq bağçasını partladağı ilə hədələyən həmin şəxs Xabarovsk diyarının qubernatoru ilə görüşmək istəyib. Lakin hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətkarı zərərsizləşdirə biliblər. Girov götürülən bütün uşaqlar azad edilib, xəsarət alan olmayıb.
İlkin dindirmə zamanı saxlanılan şəxs onun naməlum şəxslər tərəfindən izləndiyini və hədələndiyini bildirib. Yaxın vaxtlarda cinayətkar psixoloji ekspertizadan keçəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR