Bank Of Baku

Rusiyanın 4 telekanalının Ukrayna ərazisində yayımı dayandırılıb

Rusiyanın 4 telekanalının Ukrayna ərazisində yayımı dayandırılıb
# 01 noyabr 2008 11:40 (UTC +04:00)
APA-nın “RİA Novosti”-yə istinadən verdiyi məlumata görə, Kiyevdə abunəçilərin 80%-nə xidmət göstərən “Volya” şirkətindən bildirilib ki, Rusiyanın “Pervıy”, “Rossiya”, TV Stentr və Ren TV telekanallarının yayımı bu gündən dayandırılıb.

Kanalların yayımı dayandırılarkən Ukrayna Milli Televiziya və Radio Şurasının qəbul etdiyi qərar əsas götürülüb. Belə ki, Milli Teleradio Şurası verilişləri Ukrayna dilinə tərcümə olunmayan əcnəbi telekanalların yayımının noyabrın 1-dən dayandırılması barədə qərar çıxarıb.

Məsələyə münasibət bildirən Rusiyanın xarici işlər naziri Sergey Lavrov telekanalların Ukrayna ərazisində yayımının bərpasına nail olacaqlarını bildirib: “Biz Ukraynada yaşayan rusdilli əhalinin hüquqlarının pozulmaması üçün lazımi addımları atacağıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR