Bank Of Baku

Ermənistan prezidentinə sui-qəsd hazırlandığını iddia edən müxalifətçi həbs olunub

Ermənistan prezidentinə sui-qəsd hazırlandığını iddia edən müxalifətçi həbs olunub
# 10 noyabr 2008 10:54 (UTC +04:00)
APA-nın məlumatına görə, hazırda Ermənistanda yaşayan Fransa vətəndaşı Apçanyanın bu açıqlamasını müxalifət qəzetləri çap edib. Apçanyan açıqlamasında prezidentə qarşı bir neçə sui-qəsd ssenarisini, o cümlədən Sərkisyanın təyyarədə qətlə yetirilməsi variantını təsvir edib. O, dövlət başçısına qarşı sui-qəsd hazırlığı barədə məlumatına Avropa ölkələrindən birinin hərbi akademiyasında müəllim işləyən dostundan aldığını deyib.

Apçanyan qeyd edib ki, Serj Sərkisyanın aradan götürülməsində sabiq prezident Robert Köçəryan, Daşnaksütyun Partiyası, həmçinin Dağlıq Qarabağ məsələsində Azərbaycana güzəşt edilməsinin əleyhinə olan qüvvələr maraqlıdır. Bu açıqlama qəzetdə dərc olunduqdan sonra dövlət xadiminə qarşı sui-qəsd hazırlama maddəsi ilə cinayət işi başlanıb. Lakin sonradan bu ittiham yalan məlumat yayma maddəsi ilə əvəzlənib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR