Bank Of Baku

Mixail Saakaşvili avqust hadisələrini araşdıran müvəqqəti parlament komissiyasına ifadə verəcək

Mixail Saakaşvili avqust hadisələrini araşdıran müvəqqəti parlament komissiyasına ifadə verəcək
# 10 noyabr 2008 11:25 (UTC +04:00)
Tiflis – APA. Gürcüstanda avqust ayında baş vermiş hadisələri araşdıran müvəqqəti parlament komissiyası yaxın günlərdə prezident Mixail Saakaşvilini dinləyəcək. APA-nın “Novosti-Qruziya” agentliyinə istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə komissiyanın sədri Paata Davitaya deyib. O, dinləmənin açıq keçiriləcəyini və ictimaiyyəti maraqlandıran bütün suallara cavab axtarılacağını söyləyib. Parlamentin sədri David Bakradze isə prezidentin qərarını gürcü parlamentarizmi tarixində görünməmiş hadisə adlandırıb. O bildirib ki, reqlamentə əsasən parlament komissiyası dövlət başçısını ifadə verməyə çağıra bilməz: “Mən şadam ki, prezident xoş məram nümayiş etdirərək detallı izahat vermək qərarına gəlib”.

Xatırladaq ki, müvəqqəti parlament komissiyası oktyabrın əvvəllərində yaradılıb. Komissiyaya hakimiyyətdəki Vahid Milli Hərəkat Partiyasından 4, müxalifətdəki “Qüdrətli Gürcüstan – xristian-demokratlar” fraksiyasından 4, “Gürcüstanın regionları - majoritarlar” fraksiyasından 1, müstəqillərdən isə 1 deputat daxil olub. Komissiya artıq Kəşfiyyat Departamentinin rəisi Gela Bejuaşvili, xarici işlər naziri Yekaterina Tkeşelaşvili, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Zaza Qoqava, gürcü-osetin münaqişəsi zonasındakı gürcü sülhməramlı kontingentinin komandiri Mamuka Kuraşvili, Milli Təhlükəsizlik Şurasının katibi Aleksandr Lomaya və reinteqrasiya üzrə dövlət naziri Temur Yakobaşvilini dinləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR