Bank Of Baku

Ukraynada “Qolodomor”un 75-ci ildönümü münasibətilə rəsmi tədbirlər keçiriləcək

Ukraynada “Qolodomor”un 75-ci ildönümü münasibətilə rəsmi tədbirlər keçiriləcək
# 11 noyabr 2008 07:58 (UTC +04:00)
Kiyev – APA. Gələn həftə Ukraynada 1932-1933-cü illərdə baş vermiş dəhşətli aclığın - “Qolodomor”un 75-ci ildönümü ilə bağlı tədbirlər keçiriləcək. APA-nın “UNİAN”a istinadən verdiyi məlumata görə, tədbirlər çərçivəsində Kiyevdə beynəlxalq forum təşkil olunacaq. Artıq 8 dövlət başçısı forumda iştirak etməyə razılıq verib. Baltik ölkələrinin, Gürcüstanın, Polşanın və bəzi cənubi-şərqi Avropa ölkələrinin rəhbərləri bu münasibətlə Kiyevə səfər edəcəklər. Beynəlxalq foruma ümumilikdə 40 xarici nümayəndə heyəti qatılacaq. Nümayəndə heyətlərinə parlament sədrləri, baş nazir müavinləri, xarici işlər nazirləri başçılıq edəcəklər. Noyabrın 17-də isə prezident Viktor Yuşşenkonun regionlara səfərləri başlayacaq. O, bölgələrdə keçiriləcək ədəbi-bədii tədbirlərin açılışına qatılacaq. Ukrayna XİN isə dünyada “Qolodomor” haqda məlumatların yayılması məqsədilə informasiya kampaniyası aparacaq. Noyabrın 12-dən dünyanın aparıcı telekanallarında ”Qolodomor” haqqında videorolik yayımlanmağa başlayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR