Bank Of Baku

Latviya vətəndaşı Abramoviçə ölkəsini satın almağı təklif edib

Latviya vətəndaşı Abramoviçə ölkəsini satın almağı təklif edib
# 30 dekabr 2008 07:56 (UTC +04:00)
APA-nın məlumatına görə, Abramoviçə internet vasitəsilə müraciət edən şəxs Latviyanın əsas cazibədar xüsusiyyətləri kimi burada zəhmətkeş əhalinin yaşadığını, ekoloji cəhətdən təmiz ərazi olduğunu və biznesmenin yaxtasının lövbər atması üçün limanlar olduğunu qeyd edib. Müraciətin müəllifi Latviya üçün qiymət müəyyənləşdirməyib, yalnız bildirib ki, ölkə Beynəlxalq Valyuta Fonduna satılmaq üçün özü üçün 7,5 milyard dollar qiymət müəyyənləşdirib. Latviyanın Abramoviçə satılması üçün internet vasitəsilə imza toplama kampaniyası başlayıb, artıq bu kampaniyaya 200-dən artıq şəxs qoşulub. Qeyd edək ki, bundan əvvəl Latviya vətəndaşları ölkələrinin İsveç tərəfindən işğalını dəstəkləyən imza toplama kampaniyası keçirmişdilər. Xatırladaq ki, bu, ölkələrin internet vasitəsilə satışa çıxarılmasına dair ilk fakt deyil. Bir müddət əvvəl Britaniya sakini İslandiyanı “eBay” internet hərracı vasitəsilə satışa çıxarıb. İlkin qiyməti 99 pens olan İslandiyanın qiyməti hərracın sonunda 10 milyon dollara çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR