Bank Of Baku

Rus generalı Dağıstanda qətlə yetirilib

Rus generalı Dağıstanda qətlə yetirilib
# 30 dekabr 2008 08:01 (UTC +04:00)
Bakı-APA. Rusiya Daxili Qoşunlarının Şimali Qafqazda regional komandanlığının qərargah rəisinin müavini general Valeri Lipinski Dağıstanda qətlə yetirilib. APA-nın məlumatına görə, generalın maşını Mahaçqala-Kaspiysk şosesində atəşə tutulub. Naməlum şəxslərin açdığı atəş nəticəsində general döş nahiyəsindən güllə yarası alıb və Mahaçqala klinik xəstəxanasında vəfat edib. Maşını idarə edən bəstəkar Maqomed Kasumov və generalın həyat yoldaşı da güllə yarası alıb. Maqomed kasumovun vəziyyətinin ağır olduğu bildirilir. İlkin məlumata görə, general Lipinski məzuniyyətini dostu Maqomed Kasumovun evində keçirmək üçün Dağıstana gəlibmiş. Hazırda generalı qətlə yetirənlərin axtarışı davam edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR