Bank Of Baku

Rusiya ilə Ukrayna arasında qaz nəqlinə dair danışıqlar uğursuzluqla başa çatıb

Rusiya ilə Ukrayna arasında qaz nəqlinə dair danışıqlar uğursuzluqla başa çatıb
# 30 dekabr 2008 08:11 (UTC +04:00)
Moskva-APA. Rusiya ilə Ukrayna arasında mavi yanacaq nəqlinə görə yaranmış borcun ödənilməsinə dair danışıqlar uğursuz nəticələnib. APA-nın məlumatına görə, Rusiyanın baş naziri Vladimir Putin Ukraynanın mavi yanacağa görə borcu ödəmək istəmədiyini bildirib. Hazırda Ukraynanın satın aldığı qaza görə “Qazprom” şirkətinə borcu 2 milyard dollara çatıb. “Qazprom” borclar ödənilməyəcəyi halda Ukraynaya mavi yanacaq nəqli ilə bağlı yeni sazişin imzalanmayacağını bəyan edib. Rəsmi Kiyev isə Ukraynanın Rusiyaya borcunun olmadığını bildirir. Prezident Viktor Yuşşenko Rusiyaya 1 milyard dollar pul ödəndiyini, borcun qalan hissəsinin isə yanvar-fevral aylarında ödənəcəyini bildirib. “Qazprom” isə Ukraynanın noyabr-dekabr aylarına görə borcunu ödəmədiyini qeyd edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR