Bank Of Baku

“Qazprom” Ukraynaya verilən təbii qazın kəsilməsinə hazırlıq məqsədilə operativ qərargah yaradıb

“Qazprom” Ukraynaya verilən təbii qazın kəsilməsinə hazırlıq məqsədilə operativ qərargah yaradıb
# 30 dekabr 2008 12:25 (UTC +04:00)
Moskva – APA. Rusiyanın “Qazprom” şirkəti Ukraynaya ixrac olunan təbii qazın kəsilməsinə hazırlıq məqsədilə operativ qərargah yaradıb. APA-nın məlumatına görə, bunu “Vesti” telekanalına müsahibəsində “Qazprom”un İdarə Heyətinin sədri Aleksey Miller deyib. O bildirib ki, Ukrayna 2009-cu il yanvarın 1-nə qədər borcunu ödəməsə, bu ölkəyə qaz göndərmək üçün heç bir əsas olmayacaq: “Artıq saatlar sayılır. Operativ qərargah hazırlığa başlayıb”.
Qeyd edək ki, A. Miller təbii qazın satışında Avropa qiymətlərinə keçiləcəyi təqdirdə Ukraynaya qazın min kubmetrinin 418 dollara satılacağını açıqlamışdı. Bu il isə Ukrayna qazı 179,5 dollara alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR