Bank Of Baku

Vladiqafqazın keçmiş meri qətlə yetirilib

Vladiqafqazın keçmiş meri qətlə yetirilib
# 31 dekabr 2008 11:27 (UTC +04:00)
Bakı – APA. Vladiqafqazın keçmiş meri güllələnib. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, keçmiş mer Kazbek Paqiyevin meyiti güllə yaraları ilə xidməti maşınında aşkarlanıb. Paqiyevin sürücüsü də onunla birlikdə öldürülüb. İlkin məlumatlara görə, naməlum şəxslər Vladikafqazın Dəniz piyadaları küçəsində Paqiyevin içərisində olduğu avtomobilə yaxınlaşaraq, avtomat silahdan atəş açıblar. Avtomobildə olanlar hadisə yerindəcə keçiniblər.

Qeyd edək ki, K. Paqiyev 2007-ci ilədək 5 il ərzində Vladiqafqazın meri olub. Onu bu posta əvəz edən Vitali Karayev isə bu il noyabrın 26-də snayperlə öldürülüb. V. Karayevin öldürülməsi ilə bağlı dekabrın 2-də 5 nəfər həbs olunub.

K. Paqiyev isə bir həftə əvvəl öz xahişi ilə Şimali Osetiya baş nazirinin müavini postundan istefa verib. O, ölümünədək Vladiqafqa Dağ Metallurgiya İnstitutunun kafedra müdiri işləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR