Bank Of Baku

Kiyev Təsərrüfat Məhkəməsi Rusiya təbii qazının Ukrayna vasitəsilə tranzitinə qadağa qoyub

Kiyev Təsərrüfat Məhkəməsi Rusiya təbii qazının Ukrayna vasitəsilə tranzitinə qadağa qoyub
# 05 yanvar 2009 12:59 (UTC +04:00)
Kiyev – APA. Kiyev Təsərrüfat Məhkəməsi 2009-cu ildə Ukrayna ərazisindən Rusiya təbii qazının hər min kubmetrinə görə 1,6 dollar alınmaqla tranzitinə qadağa qoyub. APA-nın “UNİAN”a istinadən verdiyi məlumata görə, məhkəmə Yanacaq və Energetika Nazirliyinin bununla bağlı qaldırdığı iddianı təmin edib. Məhkəmə Rusiya təbii qazının Ukrayna ərazisindən tranzitinə dair imzalanmış və 2010-cu ilin sonuna qədər qüvvədə olan sazişlərin etibarsız sayılması ilə bağlı iddianı da icraata götürüb. İşə mahiyyəti üzrə baxılması yanvarın 9-na təyin edilib. Nazirlikdən bildiriblər ki, sazişlər “Naftoqaz Ukrainı” Milli Səhmdar Şirkəti İdarə Heyəti sədrinin keçmiş müavini İqor Voronin tərəfindən imzalanıb. Halbuki Nazirlər Kabineti tərəfindən İ. Voroninə belə bir səlahiyyət verilməyib.
Xatırladaq ki, təbii qazın qiyməti və tranzit tarifləri razılaşdırılmadığı üçün Rusiyanın “Qazprom” şirkəti yanvarın 1-də Ukrayna üçün təbii qaz göndərməyi dayandırıb. Avropaya Ukrayna ərazisindən qaz göndərməyə davam edən “Qazprom” qazın bir hissəsinin nəqlin təmin edilməsi üçün Ukrayna tərəfindən texniki məqsədlə istifadə olunmasını da qanunsuz sayır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR