Bank Of Baku

“Qazprom” Ukrayna vasitəsilə Avropaya göndərdiyi təbii qazın həcmini 65,3 milyon kubmetr azaldıb

“Qazprom” Ukrayna vasitəsilə Avropaya göndərdiyi təbii qazın həcmini 65,3 milyon kubmetr azaldıb
# 06 yanvar 2009 08:01 (UTC +04:00)
Moskva – APA. Rusiyanın “Qazprom” Açıq Səhmdar Cəmiyyəti Ukrayna ərazisi ilə Avropaya göndərdiyi təbii qazın həcmini 65,3 milyon kubmetr azaldıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu “Qazprom”un İdarə Heyətinin sədri Aleksey Miller baş nazir Vladimir Putinlə görüşündə deyib. “Rusiya-Ukrayna sərhədinə göndərilən təbii qazın həcmini oğurlanan qaz miqdarında – 65,3 milyon kubmetr azaltmaq və bundan sonra da gün ərzində oğurlanan qazın həcmi qədər ixtisar etmək barədə təklif var”, deyən A. Millerə V. Putin belə cavab verib: “Yaxşı. Razıyam. Bu gündən etibarən ixtisar edin”. Baş nazir avropalı tərəfdaşların bu qərar haqqında məlumatlandırılmasını istəyib. “Qazprom”un rəhbəri isə ixtisar olunacaq qazın başqa yollarla kompensasiya edilməsi üçün əllərindən gələni edəcəklərini söyləyib. O, Belarus, Polşa və Türkiyə vasitəsilə qaz tranzitinin həcmini artıracaqlarını açıqlayıb.
V. Putin yaranmış vəziyyətin Ukrayna vətəndaşlarını həyatına necə təsir göstərəcəyi ilə də maraqlanıb. A. Miller “Qazprom”la danışıqların birtərəfli qaydada dayandırılması haqda göstərişi şəxsən Ukrayna prezidenti Viktor Yuşşenkonun verdiyini deyib. Rusiya hökumət başçısının buna reaksiyası belə olub: “Onun öz insanlarına yazığı gəlmir?!” Bununla yanaşı, A. Miller Ukraynanın ildə 20 milyard kubmetrə yaxın qaz hasil etdiyini, yeraltı anbarlara isə bundan da çox təbii qaz vurulduğunu V. Putinin nəzərinə çatdırıb: “Buna görə də Ukrayna əhalisi zərər çəkməməlidir”. Ukraynanın borcunun hazırda 600 milyon dollar olduğunu vurğulayan şirkət başçısının sözlərinə görə, oğurlanan qaza görə borc yaxın vaxtlarda milyardlarla dollar həcmində olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR