Bank Of Baku

Bu ildən MDB-nin bütün orqanlarına bir ölkə sədrlik edəcək

Bu ildən MDB-nin bütün orqanlarına bir ölkə sədrlik edəcək
# 06 yanvar 2009 09:09 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Bu il Müstəqil Dövlətlər Birliyinin (MDB) tarixində ilk dəfə olaraq qurumun bütün orqanlarında sədrliyi bir ölkə – Moldova həyata keçirəcək. MDB İcraiyyə Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sədrlik qaydaları haqqında Əsasnamə 2008-ci il oktyabrın 10-da Bişkekdə keçirilən sammitdə qəbul edilib. Bu dəyişiklik MDB-nin möhkəmlənməsi və inkişafına, onun fəaliyyətinin səmərəliliyinin artırılmasına və birliyin vəzifələrinin ardıcıllıqla həyata keçirilməsinə gətirib çıxarmalıdır. MDB-yə sədrliyi həyata keçirmək üçün Moldovada prezident Vladimir Voroninin rəhbərliyi ilə xüsusi komissiya yaradılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR