Bank Of Baku

Rusiya Ukrayna ərazisi ilə qaz tranzitini tam dayandıra bilər

Rusiya Ukrayna ərazisi ilə qaz tranzitini tam dayandıra bilər
# 06 yanvar 2009 12:05 (UTC +04:00)
Kiyev – APA. Rusiya təbii qazının Ukrayna ərazisi ilə tranziti tamamilə dayandırıla bilər. APA-nın “UNİAN”a istinadən verdiyi məlumata görə, bunu “Naftoqaz Ukrainı” Milli Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Oleq Dubina deyib. Kiyevdə Avropa Komissiyasının nümayəndə heyətini qəbul edən O. Dubinanın gümanına əsasən “Qazprom” Ukrayna vasitəsilə Avropaya qaz göndərməyi dayandırmaq qərarına gəlib. O, dekabrın 5-də tranzit üçün göndərilən qazın həcminin 262 milyon kubmetr, dekabrın 6-da səhər 92 milyon kubmetr, günorta isə 72 milyon kubmetr təşkil etdiyini açıqlayıb: “Bizə bu barədə xəbərdarlıq edilməmişdi”. O. Dubina Ukraynanın sutka ərzində 270 milyon kubmetr qaz istehlak etdiyini, bu ehtiyacın bir hissəsinin yeraltı anbarlardakı ehtiyatların, bir hissəsinin isə yerli hasilatın hesabına təmin edildiyini bildirib: “Biz qazın Ukrayna vasitəsilə tranzitinin tam dayandırılmasına hazırıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR