Bank Of Baku

Rusiya prezidenti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sülhməramlı fəaliyyəti haqqında qanunu imzalayıb

Rusiya prezidenti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sülhməramlı fəaliyyəti haqqında qanunu imzalayıb
# 06 yanvar 2009 13:59 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Rusiya prezidenti Dmitri Medvedev “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sülhməramlı fəaliyyəti haqqında sazişin ratifikasiyası haqqında” federal qanunu imzalayıb. APA-nın Rusiya prezidentinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu qanun Dövlət Dumasında 2008-ci il dekabrın 26-da qəbul olunub, Federal Şura tərəfindən isə dekabrın 29-da təsdiqlənib. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı fəaliyyəti haqqında saziş 2007-ci il oktyabrın 6-da Düşənbədə imzalanıb. Təşkilatın dünya üzrə və regional səviyyədə fəaliyyəti sazişin müddəaları ilə tənzimlənir. Sülhməramlı qüvvələrin komplektləşdirilməsi üçün KTMT üzvləri öz qanunvericilikləri əsasında daimi əsasda sülhməramlı kontingent ayırmalıdır. Üzv ölkələrin ərazilərində sülhməramlı əməliyyatların keçirilməsi barədə qərar dövlətin rəsmi müraciəti əsasında Kollektiv Təhlükəsizlik Şurası tərəfindən verilir. Quruma daxil olmayan ölkənin ərazisində isə sülhməramlı əməliyyat BMT Təhlükəsizlik Şurasının qərarı ilə aparıla bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR