Bank Of Baku

Sergey Kupriyanov: ““Qazprom” Ukrayna ilə danışıqları hər an bərpa etməyə hazırdır”

Sergey Kupriyanov: ““Qazprom” Ukrayna ilə danışıqları hər an bərpa etməyə hazırdır”
# 06 yanvar 2009 16:08 (UTC +04:00)
APA-nın məlumatına görə, “Qazprom”un rəsmi nümayəndəsi Sergey Kupriyanov bildirib ki, qarşı tərəfin danışıqları yanvarın 8-də bərpa edəcəyi barədə açıqlamaları onları təəccübləndirib: “Biz istənilən an danışıqları bərpa etməyə hazırıq. Biz Ukraynaya qeyri-qanuni qaz ixracının qarşısını almaq üçün bütün tədbirləri görmüşük. Bu gün 130 milyon kubmetr qaz sifarişi alsaq da 65,3 milyon kubmetr qaz idxal etmişik. Qalan hissə isə Ukrayna tərəfindən qeyri-qanuni mənimsənilib. Ukrayna ərazisindən qaz nəqli dayandırıldığına görə, Avropaya alternativ kəmərlər vasitəsilə qaz nəqlini artırmışıq. Avropaya qaz əsasən “Mavi axın” kəməri və Belarus ərazisindən keçən kəmərlərlə ötürülür”. Qeyd edək ki, Ukrayna ərazisindən keçməklə Avropaya qaz nəqlinin dayandırılması səbəbilə Çexiyaya ötürülən qazın həcmi 75 faiz, Polşaya ötürülən qazın həcmi 85 faiz, Avstriyaya ötürülən qazın həcmi isə 90 faiz azaldılıb. Bu prosesdən ən çox zərər çəkən Slovakiyadır, Rusiya bu ölkəyə qaz nəqlini 98 faiz azaldıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR