Bank Of Baku

Qaz böhranı ilə bağlı Rusiya və Ukrayna prezidentləri arasında telefon danışığı olub

Qaz böhranı ilə bağlı Rusiya və Ukrayna prezidentləri arasında telefon danışığı olub
# 08 yanvar 2009 08:05 (UTC +04:00)
APA-nın Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, D. Medvedev Rusiyanın Ukrayna ilə danışıqları dayandırmadığını və istənilən vaxt danışıqların bərpasına hazır olduqlarını bildirib. O, həmkarını bununla bağlı Ukrayna hökumətinə və enerji qurumlarına lazımi təlimatları verməyə çağırıb. D. Medvedev deyib ki, avropalı istehlakçılara göndərilən qazın kəsilməsinə səbəb Ukrayna tərəfinin qeyri-qanuni olaraq qazı mənimsəməsidir. Rusiya dövlət başçısı borc məsələsinin də qapanmadığını söyləyərək Ukraynanı bu borcu qısa müddətdə ödəməyə səsləyib. D. Medvedev Ukrayna ərazisi ilə Avropaya təbii qaz ixracının bərpası üçün iki ölkənin qaz şirkətləri, enerji nazirliklərinin nümayəndələri, Avropa Birliyinin müşahidəçiləri və beynəlxalq hüquq firmalarının təmsilçilərindən ibarət nəzarət mexanizminin formalaşdırılmasını təklif edib.
V. Yuşşenko isə Rusiyanı avropalı istehlakçılar üçün qazın göndərilməsini tezliklə bərpa etməyə çağırıb və Kiyevin tranziti təmin etmək üçün bütün addımları atmağa hazır olduğunu vurğulayıb. Ukrayna prezidenti hər iki ölkənin, eləcə də avropalıların iştirakı ilə xüsusi komissiya yaradılmasını təklif edib. Onun fikrincə, bu komissiya böhranın səbəblərini araşdırmalı və normalı rejimə qayıtmaq üçün tövsiyələr hazırlamalıdır. V. Yuşşenko 2008-ci l üçün Rusiyadan alınan təbii qaza görə yaranmış borcun ötən il dekabrın 30-da tam ödəndiyini də bəyan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR