Bank Of Baku

Qırğızıstan prezident administrasiyasının rəhbəri istefa verib

Qırğızıstan prezident administrasiyasının rəhbəri istefa verib
# 08 yanvar 2009 09:02 (UTC +04:00)
Bişkek-APA. Qırğızıstan prezidenti administrasiyasının rəhbəri Mədət Sadırqulov istefa verib. APA-nın məlumatına görə, prezident Kurmanbek Bakiyev istefanı qəbul edib və Sadırkulovun fəaliyyətini müsbət qiymətləndirib. O, Mədət Sadırkulovun yeni təyinatının yaxın həftələr ərzində açıqlanacağını bildirib. Sabiq administrasiya rəhbəri mətbuata açıqlamasında tutduğu vəzifədən könüllü istefa verdiyini deyib. Qeyd edək ki, Mədət Sadırkulov 1990-cı ildən prezident administrasiyasında çalışır, 2007-ci ildə administrasiyanın rəhbəri vəzifəsinə təyin olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR