Bank Of Baku

Ermənistan Rusiyadan ən azı 4 gün qaz ala bilməyəcək

Ermənistan Rusiyadan  ən azı 4 gün qaz ala bilməyəcək
# 09 yanvar 2009 13:56 (UTC +04:00)
Moskva-APA. “Qazprom” şirkəti Ermənistanın mavi yanacaq nəql olunan qaz kəmərində qəzanın aradan qaldırılması üçün Gürcüstana yardım təklif edib. APA-nın məlumatına görə, bu gün Bakı vaxtı ilə 13.30 radələrindən etibarən Gürcüstan Ermənistana qaz nəqlini tamamilə dayandırıb. Rəsmi Tiflis bu qərarı “Qazax-Saquramo” magistral qaz kəmərinin 43-66 kilometrlərində qəza baş verməsi ilə əsaslandırır. “Qazprom” və “ArmRosqazprom” şirkətləri artıq Gürcüstanın qaz nəqlini həyata keçirən şirkətinə qəzanın nəticələrini aradan qaldırmaqda köməklərini təklif ediblər. Onlar Ermənistanın tez bir zamanda mavi yanacaqla təmin olunması üçün bütün yardımı göstərməyə hazır olduqlarını deyiblər. Gürcüstanın energetika naziri Aleksandr Xetaquri qeyd edib ki, qəzaya səbəb kəmərin korroziyaya uğraması və ətrafa qaz sızmasıdır. O, qəzanın ciddi olduğunu, 24 saatlıq fasiləsiz işləyəcəkləri təqdirdə kəmərin fəaliyyətin yalnız 4 günə bərpa edəcəklərini bildirib. Qeyd edək ki, qəza Qardabani rayonu ərazisində baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR