Bank Of Baku

“Qazpromavia”nın vertolyotu yoxa çıxıb

“Qazpromavia”nın vertolyotu yoxa çıxıb
# 09 yanvar 2009 13:56 (UTC +04:00)
Moskva – APA. Rusiyanın Altay Respublikasında “Qazpromavia” şirkətinə məxsus Mi-8 vertolyotu yoxa çıxıb. APA-nın məlumatına görə, bu gün Moskva vaxtı ilə saat 11.00-da vertolyotla əlaqə itib. Axtarışlara “An-2” təyyarəsi cəlb olunsa da, hələlik vertolyotu tapmaq mümkün olmayıb. Rusiya Fövqəladə Hallar Nazirliyinin Sibir Regional Mərkəzinin nümayəndəsi vertolyotda 7 sərnişin və 3 ekipaj üzvünün olduğunu bildirib. Hava qaraldığı üçün axtarış tədbirləri dayandırılıb. Axtarışa yanvarın 10-da səhər tezdən yenidən başlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR