Bank Of Baku

Ukrayna Rusiyadan qaz nəqlinin monitorinqinə dair çoxtərəfli protokolu imzalamayıb

Ukrayna Rusiyadan qaz nəqlinin monitorinqinə dair çoxtərəfli protokolu imzalamayıb
# 10 yanvar 2009 08:00 (UTC +04:00)
Moskva-APA. Ukrayna ərazisindən Rusiya qazının tranzit nəqlinin monitorinqinə dair çoxtərəfli komissiyanın yaradılması barədə protokol rəsmi Kiyev tərəfindən imzalanmayıb. APA-nın məlumatına görə, “Qazprom”un nümayəndəsi Sergey Kupriyanov sənədin Ukrayna prezidenti tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcəyini bildirib. Qeyd edək ki, dünən Ukrayna prezidenti, baş naziri və Avropa İttifaqına sədrlik edən Çexiyanın baş naziri arasında üçtərəfli görüş keçirilib. Görüşdən sonra Yuliya Timoşenko Ukraynanın qeyd olunan protokolu imzalamağa hazır olduğunu bildirib. Dünən Kiyevə gələn avropalı müşahidəçilər isə artıq monitorinqə başlayıblar. “Qazprom” nümayəndəsi isə protokol qüvvəyə minmədiyinə görə Kiyevə gələn mütəxəssislərin müşahidəçi statusuna malik olmadığını deyib: “Həm də monitorinq Kiyevdə deyil, Ukraynaya daxil olan və çıxan qaz kəməri stansiyalarında və yeraltı qaz anbarlarında aparılmalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR