Bank Of Baku

Qırğızıstan ABŞ hərbi bazalarını ölkədən çıxarır

Qırğızıstan ABŞ hərbi bazalarını ölkədən çıxarır
# 12 yanvar 2009 10:31 (UTC +04:00)
Bişkek-APA. Qırğızıstan rəhbərliyi ölkədə ABŞ hərbi bazalarının yerləşdirilməsinə dair sazişdən imtina etməyə hazırlaşır. APA-nın məlumatına görə, bu barədə “Vremya novostey” saytına Bişkekdəki etibarlı mənbələr məlumat verib. Rəsmi Bişkek hələlik bu məsələyə münasibət bildirməyib. Məlumatda Kurmanbek Bakiyevin müvafiq sərəncamı Moskvaya səfərdən əvvəl imzalamaq niyyətin olduğu bildirilir. Qırğızıstan tərəfi bazaları ölkədən çıxarmaq üçün ABŞ-a yarım il vaxt verəcək.

Qeyd edək ki, Bakiyevin Moskvaya səfəri zamanı ölkəyə 2 milyard dollar dəyərində maliyyə yardımının ayrılması barədə saziş imzalanacaq. Rusiya Qırğızıstana maliyyə yardımı göstərməyə hazır olduğunu dekabrın ortalarında bəyan edib. Yardımın 300 milyon dolları nəğd pul, 1,7 milyard dolları isə sərmayə şəklində olacaq. Rusiyadan alınacaq pullar Kambaratin su-elektrik stansiyasının tikintisinə sərf olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR