Bank Of Baku

Ukrayna ölkə ərazisi ilə təbii qazın tranzitinə dair monitorinqin qaydalarını qeyd-şərtsiz imzalayıb

Ukrayna ölkə ərazisi ilə təbii qazın tranzitinə dair monitorinqin qaydalarını qeyd-şərtsiz imzalayıb
# 12 yanvar 2009 10:32 (UTC +04:00)
Kiyev – APA. Ukrayna ölkə ərazisi vasitəsilə təbii qazın tranzitinə dair monitorinqin qaydalarını qeyd-şərtsiz imzalayıb. APA-nın məlumatına görə, bunu “UNİAN”a Rusiyanın “Qazprom” Açıq Səhmdar Cəmiyyətindən deyiblər. Şirkətdən bildiriblər ki, bu gün Kiyevdə “Qazprom”la “Naftoqaz Ukrainı” şirkətinin rəhbərliyi arasında növbəti görüş keçirilib: “Danışıqların yekunu olaraq Ukrayna tərəfi “Təbii qazın Ukrayna vasitəsilə tranzitinin monitorinqi qaydaları”nı qeyd-şərtsiz imzalayıb”.
Elə bu gün Avropa Komissiyasının ekspertləri və nümayəndələri Ukraynanın cənub və qərb bölgələrində yerləşən qaz stansiyalarında monitorinqə başlayıblar. Altı nəfərlik nümayəndə heyətində İtaliya, Fransa, Çexiya Avstriya və Macarıstan nümayəndələri təmsil olunur. Stansiyanın işi ilə tanış olan ekspertlərə Rusiya ərazisindən gələn qazın miqdarı barədə məlumat verilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR