Bank Of Baku

Ermənistan təyyarəsi qəzadan son anda qurtarıb

Ermənistan təyyarəsi qəzadan son anda qurtarıb
# 12 yanvar 2009 11:58 (UTC +04:00)
İrəvan-APA. Ermənistanın “Armavia” şirkətinə məxsus təyyarə havada qəzaya uğramaqdan son anda qurtarıb. APA-nın məlumatına görə, Soçi-İrəvan reysini həyata keçirən təyyarə Tiflisin 70 kilometrliyində Dubay-Nyu-York reysi ilə uçan təyyarə ilə eyni hava dəhlizində üz-üzə gəlib. Təyyarələr arasında 300 metr məsafə qalan zaman “Armavia”nın təyyarəsi kəskin şəkildə sola dönüb. Pilotların səyi nəticəsində təyyarə qəzadan son anda qurtarıb və reys həyata keçirilib. Hazırda faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR