Bank Of Baku

AŞ PA həmməruzəçiləri Ermənistana səfər edəcəklər

AŞ PA həmməruzəçiləri Ermənistana səfər edəcəklər
# 12 yanvar 2009 12:31 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Ermənistan üzrə həmməruzəçiləri yanvarın 14-16-da bu ölkəyə təkrar səfər edəcəklər. APA-nın məlumatına görə, səfərdə məqsəd AŞ PA-nın “Ermənistanda demokratik institutların fəaliyyəti haqqında” 1609 və 1620 saylı qətnamələrin yerinə yetirilməsinin vəziyyətini öyrənməkdir. Həmməruzəçilər Ermənistan prezidenti, parlament sədri, ölkənin AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri, 2008-ci il 1-2 mart hadisələri ilə bağlı yaradılmış parlament komitəsinin sədri, həmin hadisələri öyrənən ekspert komitəsinin üzvləri ilə görüşlər keçirəcək. Səfər nəticəsində hazırlanacaq məruzə yanvarın 29-da AŞ PA-nın sessiyasında müzakirəyə təqdim olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR