Bank Of Baku

“Qazprom” nümayəndəsi: “Kiyevin ABŞ-la strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalaması təbii qazla bağlı aparılan danışıqlara təsir edib”

“Qazprom” nümayəndəsi: “Kiyevin ABŞ-la strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalaması təbii qazla bağlı aparılan danışıqlara təsir edib”
# 12 yanvar 2009 16:45 (UTC +04:00)
Brüssel Aleksandr Kin – APA. Rəsmi Kiyevin ABŞ-la strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalaması Ukrayna ilə Rusiya arasında təbii qazla bağlı aparılan danışıqlara təsir edib. APA-nın məlumatına görə, bunu Rusiyanın “Qazprom” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyəti sədrinin müavini Aleksandr Medvedev deyib. Sənədin maddələrdən birinin qaz tranzitinə həsr olunduğunu bildirən A. Medvedev bundan təəccübləndiklərini söyləyib: “ABŞ Avropada nə qaz hasilatı, nə də qaz tranziti ilə məşğul olmur. Avropa ölkələri yəqin ki, bu “gözəl” razılaşma haqqında məlumatlandırılmayıb”.

A. Medvedev Ukraynanın baş naziri Yuliya Timoşenkonun ötən ilin dekabrında ölkəyə təbii qazın idxalına dair Rusiya ilə razılıq əldə etdiyini, lakin prezident Viktor Yuşşenkonun “Naftoqaz Ukrainı” dövlət şirkətinin rəhbəri Oleq Dubinaya bu müqaviləni imzalamağı qadağan etdiyini də deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR