Bank Of Baku

Rusiya və Ukrayna prezidentləri arasında növbəti telefon danışığı olub

Rusiya və Ukrayna prezidentləri arasında növbəti telefon danışığı olub
# 13 yanvar 2009 07:51 (UTC +04:00)
Moskva, Kiyev – APA. Yanvarın 12-də gecə Rusiya və Ukrayna prezidentləri Dmitri Medvedevlə Viktor Yuşşenko arasında növbəti telefon danışığı olub. APA-nın “RİA Novosti” və “UNİAN”a istinadən verdiyi məlumata görə, D. Medvedev həmkarını avropalı müşahidəçilərin tezliklə qaz tranzitinə nəzarət etməsinə şərait yaratmağa çağırıb. V. Yuşşenko isə müşahidəçilərin artıq Ukraynaya gəldiklərini və öz vəzifələrini yerinə yetirməyə tam hazır olduqlarını deyib. O, 2009-cu il üçün qazın tranziti və qiyməti ilə bağlı hökumətlərarası protokolun hazırlanıb imzalanmasını zəruri sayıb. D. Medvedev isə “Qazprom”un Ukraynaya təbii qaz ixracı ilə bağlı müqavilə imzalanması üçün danışıqları bərpa etməyə hazır olduğunu, qazın Avropa qiymətləri ilə satılacağını söyləyib. Rusiya dövlət başçısı Ukraynanın ötən il aldığı təbii qaza və bu il mənimsədiyi qaza görə yaranmış borcunu ödəməsini də istəyərək bunu üçün Avropa Birliyindən kredit alınmasının mümkünlüyünü vurğulayıb. V. Yuşşenko isə qaz məsələsinin siyasi tərəflərinin iki dövlət başçısının görüşündə qəti olaraq həll olunacağına əminliyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR