Bank Of Baku

Gürcüstan vasitəsilə Ermənistana qaz ixracı bərpa olunub

Gürcüstan vasitəsilə Ermənistana qaz ixracı bərpa olunub
# 13 yanvar 2009 08:23 (UTC +04:00)
Tiflis – APA. Gürcüstan vasitəsilə Ermənistana Rusiya təbii qazının göndərilməsi bərpa olunub. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, yanvarın 9-da qaz boru kəmərinin Qardabani ərazisindən keçən hissəsində qəza baş vermişdi. Qəza böyük miqdarda qaz sızıntısına səbəb olduğundan Ermənistana qaz ixracı dayandırılmışdı.

Qeyd edək ki, Ermənistanın daxili bazarını Rusiya qazı ilə “Armrosqazprom” şirkəti təmin edir. Aprelin 1-dən etibarən qazın hər min kubmetri Ermənistana 154 dollara satılacaq. Bu, indiki qiymətdən 40% bahadır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR