Bank Of Baku

Vladimir Putinin çəkdiyi rəsm əsəri hərracda satışa çıxarılacaq

Vladimir Putinin çəkdiyi rəsm əsəri hərracda satışa çıxarılacaq
# 13 yanvar 2009 09:50 (UTC +04:00)
Sankt-Peterburq-APA. Rusiyanın baş naziri Vladimir Putinin çəkdiyi rəsm əsəri yanvarın 17-də Sankt-Peterburqda keçiriləcək xeyriyyə hərracında satışa çıxarılacaq. APA-nın məlumatına görə, baş nazir rəssamlıq sahəsində qabiliyyətini ilk dəfə dekabrda keçirilən Milad yarmarkasında sınayıb. Bütün məşhur şəxslərin rəsm çəkməli olduğu “Əlifba” layihəsində iştirak edən baş nazirin payına “U” hərfi düşüb. O, Nadejda adlı rəssamın köməyi ilə pəncərəyə düşmüş şaxta naxışlarının rəsmini yaradıb. Qeyd edək ki, Sankt-Peterburq qubernatoru Valentina Matviyenko analoji xeyriyyə aksiyalarında mütəmadi iştirak edir. Əvvəlki hərraclarda qubernatorun çəkdiyi iki rəsm əsəri 2,2 və 11 milyon rubla satılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR