Bank Of Baku

Nazranda partlayış baş verən məhkəmə binasının dağıntıları altından 21 nəfər çıxarılıb

Nazranda partlayış baş verən məhkəmə binasının dağıntıları altından 21 nəfər çıxarılıb
# 13 yanvar 2009 10:24 (UTC +04:00)
Nazran-APA. İnquşetiya Məhkəmə Pristavları İdarəsinin inzibati binasının dağıntıları altında 10 nəfərin qaldığı güman olunur. APA-nın məlumatına görə, Rusiya Fövqəladə Hallar Nazirliyinin xilasediciləri dağıntılar altında qalan adamların sayını müəyyənləşdirməyə müvəffəq olublar. Bakı vaxtı ilə saat 12.30 radələrinə kimi dağıntılar altından 21 nəfəri çıxarmaq mümkün olub. Onlardan 17 nəfər Nazran xəstəxanasında həkim nəzarətindədir, ağır vəziyyətdə olan 4 nəfər isə reanimasiyaya yerləşdirilib. Bir qədər əvvəl reanimasiyada olan qadınlardan biri dünyasını dəyişib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR