Bank Of Baku

Çeçenistanda Ruslan Gelayevin dəstəsinin üzvü həbs olunub

Çeçenistanda Ruslan Gelayevin dəstəsinin üzvü həbs olunub
# 14 yanvar 2009 12:03 (UTC +04:00)
Qroznı-APA. Çeçen səhra komandiri Ruslan Gelayevin dəstəsinin üzvü olduğu iddia edilən şəxs həbs olunub. APA-nın məlumatına görə, 51 yaşlı Dauletukayev soyadlı şəxs Starı Ataqi kəndində keçirilən əməliyyat zamanı həbs edilib. Hazırda istintaq təcridxanasında saxlanan bu şəxsin hansı cinayətlərdə iştirak etdiyi araşdırılır. Xüsusi xidmət orqanlarının məlumatına görə, Dauletukayev 2001-ci ildə Gelayevin dəstəsinin tərkibində federal qüvvələrə qarşı döyüşüb. Çeçenistanda vəhhabi gizli hərəkatının lideri olan Ruslan Gelayev 2004-cü ildə öldürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR