Bank Of Baku

Ukrayna Rusiya qazının tranzitindən imtina edib

Ukrayna Rusiya qazının tranzitindən imtina edib
# 14 yanvar 2009 12:09 (UTC +04:00)
APA-nın “UNİAN”a istinadən verdiyi məlumata görə, O. Dubina Rusiyanın qaz nəqli ilə bağlı tələbnaməsini dəyişmədiyini, “Qazprom”un bu gün (yanvarın 14-də) də “Naftoqaz”a bir gün əvvəlki tələbnaməni göndərdiyini açıqlayıb: “Onlar “Suca” stansiyasından qaz axınının açılaraq “Orlovka”ya qədər çatdırılmasını istəyirlər. Təəssüf ki, biz bunu edə bilmərik. Çünki bəzi bölgələrimiz qazsız qala bilər. Ona görə də dünən yaranmış situasiya buy gün də davam edir”. O. Dubina bildirib ki, 2009-cu il üçün qazın nəql istiqamətlərinin və həcminin dəqiq göstərildiyi texniki saziş hələ imzalanmayıb, bu səbəblə Ukrayna qaz stansiyalarının iş şərtləri ilə bağlı 1 aylıq texniki protokol hazırlanıb: “Biz öz sistemimizi az miqdarda qaz və qeyri-müəyyən müddət üçün işlədə bilmərik”.
Ukraynanın yanacaq və energetika naziri Yuri Prodan isə məsələ ilə bağlı Avropa Birliyinin enerji komissarı Andris Piebalqsa məktub göndərdiyini deyib. Onun sözlərinə görə, Avropa qaz tranzitinin nə üçün bərpa olunmadığını Rusiyadan soruşmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR